«Baku Fires» - «Paris United»: heyətlər açıqlanıb
Fevralın 4-də «Sərhədçi» Olimpiya-İdman Mərkəzində Ümumdünya Boks Seriyasının (WSB) 8-ci turu çərçivəsində Azərbaycanın «Baku Fires» klubu növbəti döyüşə çıxacaq. İdman.com.az saytının məlumatına görə, saat 20:00-da start götürəcək qarşılaşmada rəqib Fransanın «Paris United» komandasıdır. Artıq məşqçilər heyətləri elan ediblər:

«Baku Fires» – «Paris United»

54 kq. Qairbəy Germaxanov (Azərbaycan) – Samir Brahimi (Əlcəzair)
61 kq. Mədadi Naqzibəyov (Tacikistan) – Abdelkader Şadi (Əlcəzair)
73 kq. Heybulla Mürsəlov (Azərbaycan) – Mişel Tavares (Fransa)
85 kq. Ramazan Məhəmmədov (Azərbaycan) – Xrvoye Sep (Xorvatiya)
+91 kq. Əbdülqədir Abdullayev (Azərbaycan) – Filipp Xrqoviç (Xorvatiya)

Turnir cədvəli:

1.«Baku Fires» – 21 xal, döyüşlərin fərqi - 30-5 (7 matç)
2.«Leipzig Leopards» – 13, 20-15 (7)
3.«Mexico City Guerreros» – 13, 19-15 (7)
4.«Paris United» – 8, 11-18 (6)
5.«Istanbul Bosphorus» – 8, 14-21 (7)
6.«Beijing Dragons» – 3, 5-25 (6)

Xəbər 1173 dəfə oxundu.