Azərbaycan - İtaliya oyunu 150 min manat gəlir gətirdi
Xəbər verdiyimiz kimi, Avro-2016-nın seçmə mərhələsində oktyabrın 10-da Bakı Olimpiya Stadionunda keçirilmiş Azərbaycan – İtaliya oyununda azarkeş sayı ilə bağlı rekord göstərici qeydə alındı.

İlk dəfə millimizin oyununu stadionda 48 mindən artıq azarkeş izlədi. AFFA Azərbaycan – İtaliya oyunu ilə bağlı daha bir statistik məlumatı ictimaiyyətin diqqətinə çatdırır. Qeyd olunmuş oyuna 150 min 729 AZN məbləğində bilet satılıb.

Xəbər 754 dəfə oxundu.