"Arsenal" ciddi itki ilə üzləşib
Komandanın futbolçusu Aaron Remzi zədələnib.

"Bavariya" ilə Çempionlar Liqasının qrup matçında zədə alan futbolçu 57-ci dəqiqədə əvəzlənib. Əzələsini dartan Remzinin hansı müddətə sıradan çıxdığı hələlik məlum deyil.

Qeyd edək ki, "Arsenal" - "Bavariya" oyunu 2:0 hesabı ilə Münhen təmsilçisinin xeyrinə başa çatıb.

Xəbər 665 dəfə oxundu.