Deyan Curceviç: "Neftçi"nin hücumları çox kəsərli idi
Özbəkistanın "Paxtakor" klubunun baş məşqçisi Azərbaycan çempionu “Neftçi” ilə oyunu dəyərləndirib. İdman.com.az saytı xəbər verir ki, Deyan Curceviç, komandamıza 0:3 hesablı məğlubiyyətlə bağlı bunları deyib:

""Neftçi" artıq ilk dəqiqələrdən qol vurub hesabda önə keçdi. Ümumiyyətlə bu gün onların hücumlarının qarşısını ala bilmədik. Rəqib dəqiq ötürmələr sayəsində topu özündə daha çox saxlayırdı. "Metallist" klubu üzərindəki qələbədən sonra böyük hesabla məğlub olacağımızı gözləmirdim, bununla belə rəqibimiz bu gün finala layiq oynadı".


Xəbər 1089 dəfə oxundu.