"Neftçi" bu legionerlə vidalaşacaq
"Neftçi" yeni transferlərindən olan Mixail Peskoviçi qışda göndərəcək. Bu qapıçının hazırlıq səviyyəsi rəhbərliyi və məşqçilər korpusunu qane etmir. Üstəlik, əsas heyətə rəqabətdə Aqil Məmmədova da uduzur. Onu da nəzərə alaq ki, son vaxtlar kamran Ağayevin də "Neftçi"yə keçəcəyinə dair söhbətlər yayılır. Kamranın transferi alınmasa belə, Peskoviç istənilən halda göndəriləcək, onun yerinə yeni qapıçı transfer olunacaq.

Xəbər 668 dəfə oxundu.