Azərbaycanlı futbol hakimləri beynəlxalq oyunlara təyinat alıblar
Azərbaycanlı futbol hakimləri UEFA tərəfindən yeni təyinatlar alıblar.

Rəhim Həsənov oktyabrın 21-də Tbilisidə keçiriləcək UEFA Gənclər Liqasının “Saburtalo” (Gürcüstan) – “Mityulland” (Danimarka) oyununun baş hakimi olacaq. Ona Akif Əmirəli və Namiq Hüseynov kömək edəcəklər.

Orxan Məmmədov və Yaşar Abbasov isə 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin 5-ci qrupunda keçiriləcək oyunlarda meydana çıxacaqlar. Bu qrupun qarşılaşmaları oktyabrın 23-dən 30-dək Lüksemburqda oynanılacaq.

Xəbər 692 dəfə oxundu.