Azərbaycan şahmatçısı Maltada beynəlxalq turnirdə liderlər sırasındadır
Azərbaycan şahmatçısı Arkadiy Naydiç Maltada keçirilən beynəlxalq turnirdə uğurlu çıxışını davam etdirir.

Şahmatçımız yeddinci turda Fransa idmançısı Nino Maysuradzeni məğlub edib.

Hazırda hesabında 5 xal olan şahmatçımız turnir cədvəlində üçüncü pillədə qərarlaşıb. Turnir cədvəlinə ingiltərəli Naycel Şort liderlik edir.

Xəbər 612 dəfə oxundu.