“Lokomotiv” serb rəqibini məğlub etdi
Bakının qadın voleybolçulardan ibarət “Lokomotiv” voleybol klubu bu gün “Çelenc Cup”da 1/8 final mərhələsində ilk oyununu keçirib. İdman.com.az saytının məlumatına görə, Draqutin Baltiçin komandası doğma divarlar arasında Serbiyanın “Vizura” komandasını qəbul edib. Adı çəkilən matçda mütəxəssislərin rəyi özünü doğruldub: “dəmiryolçular” rəqibini asanlıqla qalib gəliblər – 3:0.

Qeyd edək ki, turnirə II təsnifat mərhələsindən başlayan “Lokomotiv”, əvvəlcə “Vaşaş”ı (Macarıstan), ardından “ZOK Split”i (Xorvatiya) mübarizədən kənarlaşdırıb.

1 fevral

18:00. “Lokomotiv” (Azərbaycan) – “Vizura” (Serbiya) - 3:0 (25:20, 25:18, 22:25, 25:18)
Hakimlər: Tiran Şayno (İsrail), Nurpər Özbar (Türkiyə)
Bakı İdman Sarayı. 1000 tamaşaçı

Xəbər 1091 dəfə oxundu.