Milli komandamızın futzalçısından rekord
Futzal üzrə Azərbaycan milli komandasının üzvü Andrey Tveryankin bu gün Avropa rekordçusu olacaq. İdman.com.az saytı apasport.az-a istinadən xəbər verir ki, 44 yaşlı qolkiper Avro-2012-nin final mərhələsinin Portuqaliya ilə bugünkü qarşılaşmasında meydana çıxmaqla tarix yazacaq.

Belə ki, qapıçı 1996-cı ildən keçirilən Avropa çempionatları tarixində final mərhələsində meydana çıxan ən yaşlı oyunçu olacaq. O, qarşılaşmaya 44 yaş 332 günlüyündə çıxacaq. 1967-ci il martın 6-da anadan olan qapıçı öz göstəricisini növbəti matçlarda yeniləmək imkanı da əldə edəcək. Onun rekordu isə ən azı növbəti qitə birinciliyinin final mərhələsinə kimi dəyişməz qalacaq. Çünki Avro-2012-nin final mərhələsində ən yaşlı oyunçu məhz Tveryankindir.

Qeyd edək ki. hazırda Avropa rekordu Predraq Brzakoviçə məxsusdur. 2007-ci il noyabrın 17-də Rusiya ilə oyuna çıxan zaman serbiyalı futzalçı 43 yaş 51 günlüyündə idi

Xəbər 931 dəfə oxundu.