Dortmundan Bakıya altı yüz azarkeş gəlir
Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qəbələ” ilə “Borussiya” Dortmund arasında keçiriləcək oyunu 600 alman azarkeş izləyəcək.

Almaniya təmsilçisinə ayrılan bütün biletlər satılıb.

Artıq rəqib komandanın gələcəyi vaxt da müəyyənləşib. Səkkizqat Almaniya çempionu oktyabrın 21-də yerli vaxtla saat 17:00-da Bakıya gələcək. Komandanın Bakıda ümumilikdə iki məşqi nəzərdə tutulur.

Əsas oyunçularla Bakıda təmsil olunacaq “Borussiya”nın mətbuat konfransı isə oktyabrın 21-də saat 21:00-da baş tutacaq.

Xəbər 804 dəfə oxundu.