Millimizin voleybolçusu Çin klubuna keçdi
Azərbaycan yığmasının voleybolçusu Yana Ağayeva karyerasını Çində davam etdirəcək.

Millimizin üzvünün Çinin “Beijing” klubu ilə danışıqları müsbət yekunlaşıb. Hücumçu “Rabitə”nin sabiq blokçusu Nataşa Krsmanoviçi də transfer edən komanda ilə birillik müqavilə bağlayıb.

Voleybolçu daha əvvəl Koreya Respublikasının “Hyundai”, Polşanın “Atom” və Türkiyənin “Çanaqkala Bld” klublarında çıxış edib.

Xəbər 665 dəfə oxundu.