“Monako” – “Qarabağ” oyununu danimarkalı hakimlər briqadası idarə edəcək | |
Futbol üzrə UEFA Avropa Liqası yarışlarının qrup mərhələsi çərçivəsində keçiriləcək “Monako” (Fransa) – “Qarabağ” (Ağdam) oyununu danimarkalı hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Yakob Kelet olacaq. Ona Henrik Larsen və Heyne Sorensen yardım edəcəklər. Dördüncü hakim funksiyasını isə Lars Hummelqaard yerinə yetirəcək. “Monako” – “Qarabağ” matçı oktyabrın 22-də saat 22:00-da “Lui II” stadionunda start götürəcək. |
|
Xəbər 645 dəfə oxundu. |
|
|