Mişel Platini FIFA prezidentindən iki milyon avro aldığını etiraf edib
UEFA prezidenti Mişel Platini FIFA rəhbəri Yozef Blatterdən iki milyon İsveçrə frankı aldığını etiraf edib.

M.Platini həmin vəsaitin əldə olunan şifahi razılaşma əsasında aldığını bildirib. UEFA rəhbərinin sözlərinə görə, bu addım heç bir halda İsveçrə qanunvericiliyini pozmur: “Mən hüquqşünas və agent deyiləm. Blatter FIFA prezidentidir və mən də ona etibar etmişəm. Bildiyim qədər, İsveçrə qanunvericiliyində də şifahi razılaşma hüquqi baxımından tanınır”.

Xatırladaq ki, bir müddət əvvəl M.Platini və Y.Blatter korrupsiya faktı üzrə 90 gün ərzində fəaliyyətlərindən kənarlaşdırılıb. FIFA və UEFA prezidentləri bununla əlaqədar beynəlxalq futbol qurumunun apelyasiya komitəsinə şikayət ediblər.

Xəbər 619 dəfə oxundu.