"Qəbələ" - "Borussiya" matçı üçün satışa 8000 bilet çıxarılıb
"Qəbələ" və Almaniyanın "Borussiya" (Dortmund) komandaları arasında oktyabrın 22-də keçiriləcək Avropa Liqasının qrup mərhələsinin III tur matçı üçün biletlər satışa çıxarılıb. Bakıdakı "Bakcell Arena"da baş tutacaq qarşılaşmaya ən ucuz bilet 3 manatadır.

Qalan biletlərə sektorlardan asılı olaraq, 5 manat, 10 manat və 20 manat qiymət qoyulub. Biletlər "Bakcell Arena"nın kassalarında satılır.

Klubun marketinq üzrə meneceri Səməd Nəsibovun verdiyi məlumata görə, azərbaycanlı azarkeşlər üçün satışa ümumilikdə 8000 bilet çıxarılıb. Qalan biletlərdən 1000-i UEFA və "Borussiya" azarkeşləri üçün nəzərdə tutulub.

Oturacaqların aşağı hissələrinə təhlükəsizlik məqsədilə bilet satılmayacaq. Qalan oturacaqlar isə xüsusi dəvətlilər üçün ayrılıb.

Qeyd edək ki, "Qəbələ" - "Borussiya" matçı saat 20:00-da başlanacaq.

Xəbər 707 dəfə oxundu.