“Neftçi”nin baş məşqçisinin istefası qəbul olunmayıb
Xəbər verdiyimiz kimi, futbol üzrə Topaz Premyer Liqasının 8-ci turunda “Neftçi” Bakıda “Qəbələ”yə 0:1 hesabı ilə məğlub olmuşdu. Oyundan sonra “Neftçi”nin baş məşqçisi Samir Əliyev vəzifəsindən istefa verəcəyini bildirmişdi.

Klubun inzibati binasında baş məşqçi Samir Əliyevin də iştirakı ilə Müşahidə Şurasının iclası keçirilib.

İclasda ümumilikdə komanda ilə bağlı müzakirələr aparılıb və baş məşqçi Samir Əliyevin fikirləri dinlənilib. Müşahidə Şurası tərəfindən baş məşqçinin diqqətinə çatdırılıb ki, “Neftçi”nin yaxın gələcək üçün strateji hədəfləri var və klub bu məqsədlərə məhz Samir Əliyevlə çatmaq niyyətindədir. Nəticədə Samir Əliyevin istefası Müşahidə Şurası tərəfindən qəbul olunmayıb və o, baş məşqçi vəzifəsində fəaliyyətini davam etdirəcək.


Xəbər 705 dəfə oxundu.