Vanessa Sahinoviçin müalicəsi davam edir
Avstriyalı sinxron üzgüçü Vanessa Sahinoviç bərpa-müalicə prosesini uğurla davam etdirir.

Avstriyanın gündəlik “Österreich” qəzetində dərc olunmuş “Kira və Vanessa: atletlər həyata geri dönüş üçün mübarizə aparırlar” sərlövhəli məqalədə Avropa Oyunları ərəfəsində Bakıda avtobus qəzasında xəsarət almış avstriyalı sinxron üzgüçü Vanessa Sahinoviç və məşq zamanı zədələnmiş atlet Kira Qrünberqin reabilitasiya kursu barədə məlumat verilib.

Qəzet yazır ki, atletlər Avstriyanın Tirol əyalətində yerləşən “Bad Herinq” reabilitasiya klinikasında birgə məşq və müalicə kursu keçirlər. Məqalədə hər iki atletin müalicə prosesində irəliləyişlərə nail olduqları bildirilir.

Qeyd edilib ki, Vanessa Sahinoviç reabilitasiya klinikasını iki aydan sonra, Kira Qrünberq isə beş aydan sonra tərk edəcək.

AZƏRTAC

Xəbər 1940 dəfə oxundu.