Ağası Məmmədov: «Londona tam heyətlə yollanacağımıza inanıram»
«Milli komandamız dünyanın ən güclülərindəndir. Ötən il Bakıda keçirilmiş mötəbər yarışda boksçularımız bunu bir daha sübut etdilər». Bu açıqlamanı idman.com.az saytına ilk dünya çempionu Ağası Məmmədov verib. Titullu idmançının sözünə görə, yığmamız hazırda London olimpiadasına 5 lisenziya qazanıb. Və ümid edir ki, uğurun davamı gələcək:

«Boksçularımız olimpiadaya 5 vəsiqə əldə ediblər. Məncə, lisenziyaların sayı artacaq. Ümumilikdə, London yay olimpiya oyunlarına 10 vəsiqə qazanacağımızı düşünürəm».

Afina olimpiadasının bürünc mükafatçısı əlavə edib ki, bu dəfə milli komanda «dördillik»də daha yüksək nəticə göstərəcək: «Son 3 olimpiadada 4 bürünc medal qazanmışıq. İndi heyət daha güclüdür. Londonda medalların 1 dəst olacağına inanıram».

KAMRAN

Xəbər 1156 dəfə oxundu.