Samboçularımızdan 3 bürünc mükafat
Qazaxıstanda samboçular arasında dünya kuboku başa çatıb. İdman.com.az saytının məlumatına görə, 3 gün davam edən yarışda yığmamız 6 idmançı ilə mübarizə aparıb. Gərgin rəqabətdə onlardan 3-ü bürünc medal qazanıb. Bunlar Ağasif Səmədov (52 kq), Zülfüqar Quliyev və Samir Kərimov (hər ikisi - 74 kq). Görüşləri idarə edən hakimlər briqadasında Cabir İsmayılov və Yaqub Abdullayev yer alıblar.

Xəbər 1803 dəfə oxundu.