Marko Roys: Maynts üzərində qələbə Qəbələ ilə görüş öncəsi bizə ruh yüksəkliyi qazanırdı
Almaniyanın "Borussiya" klubunun yarımmüdafiəçisi Marko Roys Bundesliqanın son turunda "Maynts" üzərində qazandıqları 2:0 hesablı qələbənin Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirəcəkləri oyun öncəsi komandada atmosferi yaxşılaşdıracağını bəyan edib. O, bunları söyləyib:

"Çətin oyun oldu. Amma çox yaxşı oynadığımızı düşünürəm. Eyni zamanda daha yaxşı çıxış etmək üçün oyunumuzu yaxşılaşdırmağın vacibliyini də başa düşürük. Bu qələbə qarşıdakı oyunlar öncəsi bizə əlavə ruh yüksəkliyi, inam qazandırdı. Ardıcıl üç heç-heçə etdik. Fikrimcə, qarşıdakı oyunlarda da qələbəmizin davamını gətirə biləcəyik".

Qeyd edək ki, "Qəbələ" - "Borussiya" matçı oktyabrın 22-də keçiriləcək və saat 22.00-da start götürəcək.

Xəbər 673 dəfə oxundu.