“Avro-2016”nın “pley-off” mərhələsinin püşkü atılıb | |
Bu gün İsveçrənin Nyon şəhərində “Avro-2016”nın “pley-off” mərhələsinin püşkü atılıb. Öz qruplarında 3-cü yeri tutan səkkiz komanda Fransada keçiriləcək Avropa çempionatına son 4 vəsiqə uğrunda mübarizə aparacaq. Püşkatmanın nəticəsinə əsasən, Ukrayna millisi Sloveniyanı, İsveç Danimarkanı, Bosniya və Herseqovina İrlandiyanı, Norveç isə Macaraıstanı sınağa çəkəcək. İlk oyunlar noyabrın 12—14-də, cavab qarşılaşmaları isə noyabrın 15-17-də keçiriləcək. Xatırladaq ki, “Avro-2016”nın final mərhələsinin püşkatması dekabrın 12-də Fransanın paytaxtı Paris şəhərində keçiriləcək. |
|
Xəbər 621 dəfə oxundu. |
|
|