Aleksandr Boriçiç: İlk Avropa Oyunlarından sonra voleybol inkişafın yeni mərhələsinə qədəm qoyub
Yüksək səviyyədə təşkil olunan “Bakı-2015” ilk Avropa Oyunlarından sonra voleybol idmanı inkişafın yeni mərhələsinə qədəm qoyub.

Bu fikri Avropa Voleybol Konfederasiyasının (CEV) yeni seçilən prezidenti Aleksandr Boriçiç qurumun Bolqarıstanın paytaxtı Sofiyada keçirilən 36-cı Baş Assambleyasında çıxışı zamanı deyib.

Assambleyada quruma prezident seçkilərinə keçirilən səsvermədə Aleksandr Boriçiç 31 səslə qalib gələrək bu postda Andre Meyeri əvəzləyib.

Baş Assambleyada, həmçinin 2017-ci ildə Azərbaycanda və Gürcüstanda təşkil olunacaq qadın voleybolçular arasında Avropa çempionatı ilə bağlı təqdimat keçirilib.
Tədbirdə ölkəmizi Azərbaycan Voleybol Federasiyasının baş katibi Elşən İsmayılov təmsil edib.

Xəbər 594 dəfə oxundu.