“Rəvan” futbol klubunda yeni baş məşqçi
Bakının “Rəvan” futbol klubunun baş məşqçisi Emin Quliyev istefaya göndərilib.

Bu qərar “Rəvan”ın Topaz Premyer Liqasının səkkizinci turu çərçivəsində doğma meydanda “Kəpəz”ə 0:2 hesablı məğlubiyyətindən sonra qəbul olunub.

Artıq “Rəvan”ın yeni baş məşqçisi müəyyənləşib. Komandanı bir neçə dəfə çalışdırmış Bəhmən Həsənov mövsümün sonunadək baş məşqçi təyin olunub.

“Rəvan” cari mövsümdə 2 xal toplayaraq turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Xəbər 700 dəfə oxundu.