Beynəlxalq Cüdo Federasiyasının prezidenti Azərbaycanda idmana qayğını yüksək qiymətləndirib
Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev Fransanın paytaxtı Parisdə Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizerlə görüşüb. Görüş Azərbaycan yığmasının da iştirak etdiyi “Böyük dəbilqə” yarışı çərçivəsində keçirilib.

M.Vizer görüşdə R.Abdullayevi yeni vəzifəyə seçilməsi münasibətilə təbrik edib və Azərbaycanda dövlət səviyyəsində idmana qayğını yüksək qiymətləndirib.

Beynəlxalq Cüdo Federasiyasının prezidenti, həmçinin bu il ölkəmizdə keçirilən birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil edildiyini vurğulayıb.

Xəbər 702 dəfə oxundu.