Gəncə Olimpiya İdman Kompleksi
aradılma tarixi: 1-ci korpus 2002-ci il, 2-ci korpus 2006-ci il
Ərazi: 1,9 hektar

Kompleksin l korpusu 2002-ci ildə tikilib istifadəyə verilib. 2006-cı ildə kompleksin ll korpusu inşa olunub.Ümumi sahəsi 1.9 hektar olan kompleksin əsas binasında 2 zal var: tamaşaçı tutumu 900 nəfər olan idman zalı (48x22 m) və 220 nəfərlik güləş zalı (32x22 m). Örtülü üzgüçülük hovuzu (ölçüsü 25x15m, tamaşaçı tutumu 120 nəfər), 10 geyinib-soyunma, 1 köməkçi və 1 məşqçi-müəllim otaqları, 1 məşq zalı (ölçüsü 9x15m), 1 konfrans zalı (ölçüsü 18x6m), 2 kafe, inzibati otaqlar və qarderob (tutumu 1000 nəfər) fəaliyyət göstərir.Kompleksin ərazisində açıq basketbol meydançası (tamaşaçı tutumu 160 nəfər) da inşa edilib. Hal-hazırda kompleksdə idmanın 10 növü üzrə məşqlər keçirilir .Gün ərzində kompleksdə 700-ə yaxın idmançı məşğul olur. 5 otaqdan ibarət olan otel əsasən idmançılar üçün fəaliyyət göstərir və üzgüçülük korpusunun içərisində yerləşir

Ünvan: Nizami və Şahsevərlər küçələrinin kəsişməsi
İndex: AZ2000
Şəhər: Gəncə
Telefon: (055) 634-38-50, (022) 254-34-75
Faks:
E-mail: genceoik0@gmail.com

Xəbər 17761 dəfə oxundu.