Rəvan Emin Quliyevi Bəhmən Həsənovla əvəzlədi
Topaz Premyer Liqasının 8-ci turu çərçivəsində doğma meydanda "Kəpəz"ə məğlubiyyət (0:2) "Rəvan"ın baş məşqçisi Emin Quliyevə baha başa gəlib. Matçdan sonra klub rəhbərliyi onu istefaya göndərib.

Artıq "aslanlar"ın yeni baş məşqçisi də bəllidir. Belə ki, vaxtilə dəfələrlə bu komandanı sükanı arxasına gətirilib, istefaya göndərilmiş Bəhmən Həsənov mövsümün sonunadək baş məşqçi təyin olunub.

Qeyd edək ki, "Rəvan" geridə qalan turlarda cəmi 2 xal toplayıb və turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Xəbər 687 dəfə oxundu.