Qadın güləşçilərimizin Kiyev səfəri
Qadın güləşi üzrə Azərbaycan milli komandası təlim-məşq toplanışı məqsədi ilə fevralın 2-də Kiyevə yola düşəcək. İdman.com.az saytının məlumatına görə, hazırlıq 2 həftə çəkəcək. Sonra xanım pəhləvanlarımız ayın 15-16-da Ukrayna paytaxtında təşkil olunacaq ənənəvi beynəlxalq turnirdə mübarizə aparacaqlar. Baş məşqçi Rövşən Umudov Qara dəniz sahili ölkəyə 9 idmançı aparacaq.

Bunlar Mariya Stadnik (48 kq), Patimat Baqomedova (51 kq), Yuliya Ratkeviç (55 kq), Sona Əhmədli (59 kq), Olesya Zamula, Anna Belyayeva, Gözəl Zutova (hər üçü - 63 kq), Nadejda Sementsova (67 kq) və Dina İvanovadır (72 kq).
Turnirin proqramına əsasən, ilk gün 48, 55, 63, 72 kq, ikinci gün isə 51, 59, 67 kq çəki dərəcələrində qadın güləşçilər xalça üzərinə çıxacaqlar.

Xəbər 1030 dəfə oxundu.