Almaniya Futbol Federasiyası “DÇ-2006” ilə bağlı heç bir qanun pozuntusu aşkarlamayıb
Almaniyada keçirilmiş futbol üzrə 2006-cı il Dünya Çempionatı ilə bağlı bu ölkənin futbol federasiyası heç bir pozuntu aşkarlamayıb.

Aparılan araşdırmalardan sonra Almaniya Futbol Federasiyası DÇ-nın ölkə üzrə təyinatını müəyyənləşdirən seçkidə pozuntusu qeydə almayıb.

Qeyd edək ki, bu qalmaqala jurnalist araşdırması ilə məşqul olan Britaniyanın tanınmış reportyoru Endryun Djenninqsin sentyabrda çapdan çıxmış “Çirkin oyun” adlı kitabı səbəb olub.

O, israr edib ki, Almaniya DÇ-2006-nın keçirilmə hüququnu rüşvətlə alıb. Onun sözlərinə görə, bu ölkə həmin vaxtı Okeaniya Futbol Konfederasiyasının mərhum başçısı Çarlı Dempsiyə 250 min dollar rüşvət verib.

Xəbər 714 dəfə oxundu.