Azərbaycan futbolçuları “Dəri top” beynəlxalq turnirinin finalında iştirak edirlər
Qafqazın Qara dəniz sahilində yerləşən Gələncik kurort şəhərində futbol üzrə “Dəri top” beynəlxalq turnirin finalı start götürüb.

Yarışlar çərçivəsində oyunlar oktyabrın 18-dək hər gün Kabardinka kəndində “Olimp” stadionunda keçiriləcək.

Yarışların iştirakçıları uşaq həvəskar komandaları arasında milli yarışların 12 qalib komandasıdır. Bu il futbol üzrə beynəlxalq turnirdə Azərbaycandan, Rusiyadan, Moldovadan, Qazaxıstandan və başqa ölkələrdən 11 komanda mübarizə aparır.

Xəbər 640 dəfə oxundu.