Taekvondoçularımız Mançesterdə reytinq xalları uğrunda mübarizəyə qoşulur
Oktyabrın 16-da İngiltərənin Mançester şəhərində Dünya Taekvondo Federasiyası (DTF) tərəfindən təşkil edilən Qran-pri turnirinin üçüncü mərhələsinə start verilir.

Böyüklərdən ibarət milli komandamız turnirdə dörd taekvondoçu ilə təmsil olunacaq. Baş məşqçi Reza Mehmandoustun yetirmələrindən dünya və Avropa çempionu Radik İsayev (80 kq) və Ayxan Tağızadə (68 kq) mübarizəyə qatılacaqlar.

Qadın taekvondoçulardan isə hərbçilərin VI dünya oyunlarının qalibi Patimat Abakarova (49 kq) və Fəridə Əzizova (67 kq) reytinq xalları uğrunda mübarizəyə qoşulacaqlar.

Ümumilikdə 56 ölkədən 227 taekvondoçunun qatılacağı və üç gün ərzində davam edəcək turnirin birinci günündə Radik İsayev, Ayxan Tağızadə və Fəridə Əzizova dayanq üzərinə çıxacaqlar.

Xəbər 635 dəfə oxundu.