“Qarabağ” komandası “Zirə” ilə oyunda bir neçə futbolçunun xidmətindən yararlana bilməyəcək
Azərbaycanı UEFA Avropa Liqasında təmsil edən “Qarabağ” futbol klubu Topaz Premyer Liqasının VIII turunda qarşılaşacağı “Zirə” ilə oyunda əsas heyətdə yer alan üç oyunçunun xidmətlərindən istifadə edə bilməyəcək.

Ağdam klubunun heyətində Reynaldo, Dani Kintana və Maksim Medvedev zədə üzündən heyətdə yer almayacaqlar. Kintananın oktyabrın 22-də Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Monako” ilə səfər matçında iştirakı da sual altındadır. Komandanın zədəlilər siyahısında, həmçinin Mahir Mədətov, Əlhərbi Əl-Jədaui, Cavid Tağıyev, Coşqun Diniyev və Namiq Ələsgərov da var.

Xəbər 663 dəfə oxundu.