Çövkən atüstü milli oyunu üzrə dördüncü Azərbaycan çempionatı başlayıb
Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzinin qapalı manejində çövkən atüstü milli oyunu üzrə dördüncü Azərbaycan çempionatı başlayıb.

Təntənəli açılış mərasimindən sonra rəmzi oyun keçirilib. Sentyabrda Bakıda təşkil olunan arena polo üzrə Avropa çempionatının qalibi olmuş Azərbaycan millisi gənclərdən ibarət yığma ilə qarşılaşıb.

Görüş 1:1 hesabı ilə başa çatıb.

Hazırda pley-off mərhələsi çərçivəsində “Göygöl” və “Yevlax” komandaları qarşılaşır.

Xəbər 1014 dəfə oxundu.