Azərbaycan tennisçisi “Tennis Organization Cup” mükafatı uğrunda “Fyuçers” seriyasından turnirdə iştirak edir
Türkiyədə kişilər arasında “Tennis Organization Cup” mükafatı uğrunda “Fyuçers” seriyasından tennis turniri davam edir.

Azərbaycan tennisçisi Ayxan Manaflının da iştirak etdiyi turnirin əsas mərhələsinə bu gün start verilib.

Azərbaycan nümayəndəsi qoşa yarışlarda iştirak edir. Bu axşam Ayxan Manaflı Rusiyadan olan tərəfdaşı Sergey Lısov ilə birlikdə birinci dövrənin görüşündə çıxış edəcək.

Xəbər 825 dəfə oxundu.