Qarabağ yeni arenasının adını rəsmən açıqlamayıb
Son Azərbaycan çempionu "Qarabağ" Topaz Premyer Liqasının 8-ci turu çərçivəsində qarşılaşacağı "Zirə"ni yeni inşa etdirdiyi "Azərsun Arena"da keçirəcək. Bu, ağdamlıların sözügedən arenada ikinci ev oyunu olacaq.

Maraqlıdır ki, "Qarabağ" yeni arenasını "Azərsun Arena" kimi təqdim etdiyi halda, Peşəkar Futbol Liqası "Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu" kimi göstərir. Bu anlaşılmazlığın səbəbini PFL-dən dəqiqləşdirməyə çalışdıq. Saytımıza verilən məlumata görə, Ağdam klubu hələ stadionun yeni adı ilə bağlı bu quruma heç bir rəsmi sənəd təqdim etməyib. Bu üzdən də PFL bu arenanı keçmiş adı ilə göstərir.

Xəbər 661 dəfə oxundu.