​"Qarabağ"ın Monakoya gedəcəyi vaxt açıqlanıb
Avropa Liqasının qrup mərhələsində mübarizə aparan "Qarabağ" klubunun "Monako" ilə oyun üçün səfər planı məlum olub.

Ağdam təmsilçisini Monakoya aparacaq təyyarə Heydər Əliyev adına Hava Limanından saat 18:00-da uçacaq. Qurban Qurbanovun rəhbərlik etdiyi komanda çarter reysi ilə birbaşa Monakoya gedəcək.

Geri dönüş isə oktyabrın 22-də keçiriləcək oyundan sonraya planlaşdırılıb.

Qeyd edək ki, oktyabrın 22-də keçiriləcək "Monako" - "Qarabağ" qarşılaşması Bakı vaxtilə saat 22:00-da start götürəcək. Oyun II Lui stadionunda keçiriləcək.

"Report"

Xəbər 691 dəfə oxundu.