“Rabitə” asan rəqibə qarşı
Bu gün qadın voleybolçular arasında Avropa Çempionlar Liqasının 1/8 final mərhələsi başlayır. İdman.com.az saytının məlumatına görə, yarışın qalib adına ididalılardan sayılan “Rabitə” klubu səfərdə Polşa “Atom”u ilə qarşılaşacaq. Mütəxəssislər hesab edirlər ki, rəqib qitədə ortabab komandalardan sayıldığından, onun son Azərbaycan çempionuna ciddi müqavimət göstərəcəyi inandırıcı görünmür.

1 fevral
1/8 final mərhələsinin ilk oyunu

23:30. “Atom” (Polşa) – “Rabitə” (Azərbaycan)
Hakimlər: Qoran Qradinski (Serbiya), Arturo di Qiakomo (Belçika)


Xəbər 995 dəfə oxundu.