“Xəzər Lənkəran” 4-cü sınaq matçını da qalib bitirəcəkmi?
Antalyada təlim-məşq toplanışını yekunlaşdırmaq üzrə olan “Xəzər Lənkəran” bu gün növbəti yoldaşlıq görüşündə qüvvəsini sınayacaq. İdman.com.az saytının xəbərinə görə, cənub təmsilçisinin bu dəfəki rəqibi Rumıniya çempionatında mübarizə aparan “Vointa Sibiu” klubu olacaq. “Xəzər Lənkəran” - “Vointa Sibiu” qarşılaşması Bakı vaxtı ilə saat 19:30 Bələkdəki “Arcadia” mehmanxanasının meydançasında baş tutacaq.

Nəzərinizə çatdıraq ki, Cüneyd Biçərin komandası hazırlıq dönəmində keçirdiyi hər 3 matçı qələbə ilə başa vurub. “Ağ-yaşıllar” Türkmənistan millisini 3:1, “Volfsburq II” (Almaniya) və “Atırau” (Qazaxıstan) klublarını isə 2:1 hesabı ilə məğlub etmişdilər.

Xəbər 924 dəfə oxundu.