Neftçi Moldova klubuna da qalib gəldi
"Neftçi"nin U-14 komandası Rusiyanın Krasnodar şəhərində təşkil olunan “Dəri top” turnirinin 3-cü matçında da qələbəni bayram edib. Bu gün baş tutmuş görüşdə "Neftçi" "Spiru Xaret" (Kişinyov, Moldova) komandasını 4:1 hesabı ilə üstələyib.

"Neftçi"nin heyətində Valeh Qəhrəmanlı dubl edib, Musa Qurbanlı və Murad Abbaslı hərəyə bir dəfə fərqləniblər.

“Neftçi” B qrupundakı 4-cü oyununu sabah “Nadejda” (Krasnodar, Rusiya) komandasına qarşı keçirəcək.

Xatırladaq ki, yeniyetmə futbolçularımız turnirin ilk matçında “Umed” (Düşənbə, Tacikistan) klubunu 3:0, ikinci görüşdə isə “Puls” (Yakutsk, Rusiya) klubunu 2-1 hesabı ilə məğlub etmişdi.

Xəbər 665 dəfə oxundu.