"Zirə" - AZAL matçında 6 qol
AFFA-nın U-19 liqasında 2-ci turun oyunları keçirilib.

“Zirə”nin 19 yaşlılardan ibarət komandası doğma meydanda AZAL-la qarşılaşıb. Oyuna meydan sahibləri üstün başlasa da, ilk yarıda rəqib daha yaxşı nəticə qazanıb. "Zirə" iki epizodda dirəyi nişan aldığı halda, qonaqlar iki qola imza atıb. Ancaq fasilədən sonra Füzuli Məmmədovun yetirmələri mğhtəşəm geri dönüşə imza atıb. Rəqib qapısına 4 dəfə yol tapan “Zirə” əzmkar qələbə qazanıb – 4-2. Komandadan Elçin Əliyev dubl etdiyi halda, Ümüd Şükürov və Fərid Əsədli hərəyə bir dəfə fərqlənib.

Xatırladaq ki, “yeniyetmə qartallar” ilk turda “Kəpəz”i səfərdə 4 cavabsız qolla məğlub edib.

Xəbər 650 dəfə oxundu.