Qəbələnin hücumçusu yığmadan zədəli qayıtdı
"Qəbələ"nin hücumçusu Ermin Zets Bosniya və Herseqovina yığmasının düşərgəsindən zədəli qayıdıb. Hazırda onun Topaz Premyer Liqasının 8-ci turu çərçivəsində "Neftçi"yə qarşı oynayacağı tam dəqiqləşməyib.

Qeyd edək ki, Zets zədəli olması səbəbindən yığma komandada da Uels və Kiprə qarşı forma geyə bilməmişdi.

Xəbər 785 dəfə oxundu.