Levandovski Ginnesin Rekordlar Kitabına düşəcək
Almaniyanın "Bavariya" klubunun futbolçusu Robert Levandovski Ginnesin Rekordlar Kitabının növbəti nəşrinə düşəcək. Polşalı hücumçu buna Bundesliqanın VII turunda "Volfsburq"la oyunda nail olub.

27 yaşlı forvard "Allianz Arena"da baş tutmuş qarşılaşmanın 46-cı dəqiqəsində meydana daxil olub. O, 51-ci dəqiqədən başlayaraq 9 dəqiqə ərzində 5 qol vurub. Levandovski meydana daxil olarkən komandası 0:1 hesabı ilə geridə olub.

Bu nəticə ilə təcrübəli hücumçu dünya futbolu tarixində ən qısa vaxtda het-trik, poker və penta-trik edən futbolçu adına sahib çıxıb.

Qeyd edək ki, "Bavariya" - "Volfsburq" matçı meydan sahiblərinin 5:1 hesablı qələbəsi ilə başa çatıb.

Xəbər 681 dəfə oxundu.