​AFFA rəsmisi Çempionlar Liqasının oyununa təyinat alıb
AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov Çempionlar Liqasının qrup mərhələsinə təyinat alıb. E.Məmmədov BATE (Belarus) - "Barselona" (İspaniya) oyununun direktoru (UEFA Venue Director) olacaq.

Qarşılaşma oktyabrın 20-də Borisov şəhərindəki eyniadlı arenada keçiriləcək.

Xəbər 686 dəfə oxundu.