Hollandiya yığmasının baş məşqçisi postunu tərk etməyəcək
Futbol üzrə “Avro-2016”nın seçmə mərhələsində “A” qrupunda mübarizə aparan Hollandiya millisinin son turda öz meydanında Çexiyaya 2:3 hesabı ilə məğlub olması baş məşqçi Danni Blindin istefaya göndəriləcəyi ilə bağlı xəbərləri gündəmə gətirilib.

Məsələyə münasibət bildirən Hollandiya Futbol Federasiyasının baş katibi Bert van Ostvin deyib ki, baş məşqçi istefaya göndərilməyəcək və komandanı 2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsinə hazırlayacaq.

Qeyd edək ki, D. Blind millidəki karyerasına və “Avro-2016”nın seçmə mərhələsindəki fəaliyyətinə Qus Hiddinkin köməkçisi kimi başlayıb. O, Hiddinkin uğursuz nəticələrinin ardından baş məşqçi postuna gətirilib. Onun rəhbərliyi altında hollandlar 1984-cü ildən bəri ilk dəfə olaraq Avropa çempionatının final mərhələsinə yüksələ bilməyiblər.

Xəbər 736 dəfə oxundu.