Azərbaycan güləşçisi dünya çempionatında daha bir medal qazanıb
Yunanıstanın paytaxtı Afinada davam edən veteran güləşçilərin dünya çempionatında Azərbaycan yığması daha bir medal qazanıb. İkinci yarış günündə 130 kq çəki dərəcəsində D divizionunda mübarizə aparan Rövşən sərbəst güləşçi Rövşən İsmayılxanlı bürünc medala sahib olub.

O, ilk görüşdə ABŞ təmsilçisini üstələsə də, yarımfinalda Qazaxstan pəhləvanına uduzub. Bürünc medal görüşünə çıxan İsmayılxanlı türkiyəli rəqibinə qalib gələrək fəxri kürsüyə yüksəlib.

Qeyd edək ki, sərbəst güləş yarışlarının ilk günündə Azərbaycan pəhləvanlarından İslam Quliyev (85 kq) qızıl, Abbas Məmmədov (63 kq) gümüş medal qazanıb.

Xəbər 786 dəfə oxundu.