​“Neftçi”nin icraçı direktoru Avropa Klublar Assosiasiyasının işçi qrupunda yer alıb
Avropa Klublar Assosiasiyasının (ECA) İcraiyyə Komitəsi 2015-2017-ci illər üçün 5 işçi qrupunun tərkibini seçərək təsdiq edib.

Avropa Klublar Assosiasiyasının “Marketinq və Kommunikasiya qrupu”nda “Neftçi” PFK-nın icraçı direktoru Elnur Məmmədov da yer alıb.

İşçi qrupunun üzvləri arasında İspaniyanın “Real Madrid”, İtaliyanın “Milan”, Almaniyanın “Bayern Münhen”, İngiltərənin “Arsenal” kimi klublarının nümayəndələri də var.

“Neftçi” PFK-ya ünvanlanmış məktubda ilin sonuna kimi qrup üzvlərinin iştirakı ilə təşkil olunacaq görüşün yeri və vaxtı haqqında əlavə məlumatın veriləcəyi bildirilib.

Xəbər 661 dəfə oxundu.