Azərbaycanlı şahmatçılar blits üzrə dünya çempionatında iştirak edirlər
Berlində blits üzrə dünya çempionatının birinci oyun günü başa çatıb. Şahmat yarışı İsveçrə sistemi üzrə 21 turda keçirilir.

11 turdan sonra dünya çempionatında 9,5 xal toplamış fransız qrossmeyster Maksim Vaşye-Laqrav liderlik edir. Norveçli Maqnus Karlsen ondan yarım xal, kubalı Lenyer Dominqes və Bakıda keçirilmiş Dünya Kubofunun qalibi rusiyalı Sergey Karyakin isə bir xal geri qalır.

Azərbaycanlı şahmatçılardan ən yaxşı nəticəni Teymur Rəcəbov göstərir. O, 8 xalla 6-cı yerdədir. Şəhriyar Məmmədyarov və Rauf Məmmədov ondan bir xal geri qalırlar.

Blits üzrə dünya çempionatında 184 şahmatçı, o cümlədən 152 qrossmeyster iştirak edir.

Xəbər 705 dəfə oxundu.