Bu gün “Neftçi” klubu üçün tale anı
Bu gün Çeçenistan Respublikasının ilk prezidenti Əhməd Qədirovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə 3-cü turun oyunları keçiriləcək. İdman.com.az saytının məlumatına görə, yarışda çıxış edən Azərbaycan təmsilçisi “Neftçi” son matçında Özbəkistanın “Paxtakor” komandası ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

“B” qrupunda mübarizə aparan paytaxt təmsilçisinin 1-ci yeri tutaraq finala çıxması təkcə özündən asılı deyil. Bütün komandalar eyni sayda xal topladığından “Neftçi”nin qələbəsi də qalib olmağa kifayət etməyə bilər. Çünki “Metallist” qalib gələrsə təmsilçimizi arxada qoyacaq. Bu da şəxsi oyundakı qələbə ilə bağlıdır. Ukraynalılar qalib gəlməsə, çempionumuz bunu bacarsa onda finala yüksələcək.

Xatırladaq ki, turnirdəki ilk qarşılaşmasında Ukraynanın “Metallist” klubuna 1:3 hesabı ilə uduzan “Neftçi” daha sonra eyni hesabla Polşanın “Poloniya” komandasına qalib gəlib.

Xəbər 1115 dəfə oxundu.