Azərbaycan pəhləvanları dünya çempionatının ilk günündə iki medal qazanıblar
Yunanıstanın paytaxtı Afinada veteran güləşçilər arasında dünya çempionatı keçirilir.
Azərbaycan pəhləvanları turnirin ilk günündə 1 qızıl və 1 gümüş medal qazanıblar. Sərbəst güləş üzrə yarışlarda İslam Quliyev və Abbas Məmmədov fərqləniblər.
, 85 kiloqram çəki dərəcəsində B divizionunda mübarizə aparan İslam Quliyev Rumıniya, Rusiya və İran güləşçilərini üstələyərək finala yüksəlib. Finalda Yaponiya təmsilçisini də məğlub edən pəhləvanımız dünya çempionatının qızıl medalını qazanıb.

Çempionatda 63 kiloqram çəki dərəcəsində mübarizə aparan Abbas Məmmədov “F” divizionunda uğurla çıxış edib. Yarımfinal mərhələsində Rusiya təmsilçisinə tam üstünlüklə qalib gələn pəhləvanımız finala yüksəlib. Finalda isə Rusiyanın daha bir təmsilçisi ilə qarşılaşan Abbas Məmmədov gümüş medalla kifayətlənməli olub.

Xəbər 701 dəfə oxundu.