“NTV-Plyus” idman kanalları “Şaxmatnoye obozreniye” verilişinin bağlanmasını elan ediblər
“NTV-Plyus” idman kanalları Rusiya televiziyasında şahmat haqqında yeganə veriliş olan “Şaxmatnoye obozreniye verilişinin bağlanmasını elan ediblər.

Həmin televiziya verilişinin aparıcıları – beynəlxalq qrossmeyster Sergey Makarıçev və onun xanımı, beynəlxalq dərəcəli usta Marina son 20 ildə hər çərşənbə axşamı bu proqramla tamaşaçıların görüşünə gəlirdilər.

Xatırladaq ki, bu yaxınlarda Bakıda başa çatmış şahmat üzrə dünya kubokunun bağlanış mərasimi çərçivəsində FİDE-nin Prezident Şurasının qərarı ilə rusiyalı jurnalistlər və “Nezavisimaya qazeta”nın daimi müəllifləri Marina və Sergey Makarıçevlərə şahmatın kütləvi informasiya vasitələrində ən yaxşı işıqlandırılmasına və populyarlaşdırılmasına görə xüsusi mükafat – şahmat “Oskar”I və 25 min dollar məbləğində çek təqdim edilmişdi.

Xəbər 760 dəfə oxundu.