«Şah»ı mükafatdan bir addım ayırır
Cəbəllütariqdə şahmatçılar arasında beynəlxalq turnir sonna çatmaq üzrədir. İdman.com.az saytının məlumatına görə, yarışda mübarizə aparan azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov (2747) VIII oyun günündə də xal itkisi ilə üzləşib.

Həmyerlimiz Neci Parimaryanın (Hindistan, 2641) ardından, Maykl Adamsla (İngiltərə, 2724) da heç-heçə edib. Bu nəticədən sonra «Şah» 6 xalla 256 şahmatçı arasında 4-cü yerdədir.
Təmsilçimiz sonuncu turda ABŞ-lı Varuzan Akobyanla (2617) qarşılaşacaq.

Xəbər 875 dəfə oxundu.