Naxçıvan Olimpiya İdman Kompleksi
İstifadəyə verilmə tarixi: 15.06.2002

Naxçıvan Olimpiya İdman Kompleksi ölkə paytaxtından kənarda istifadəyə verilmiş ilk böyük idman qurğusudur. Kompleksin açılış mərasimində, bu torpaqda göz açıb, dünyaca məşhur dövlət xadiminə qədər yol keçmiş, Azərbaycanın müstəqillyinin əbədi məşəl kimi milli qürurumuza çevrilməsinin təminatçısı olmuş Heydər Əliyev də iştirak edib.

Kompleks hər biri 378 tamaşaçı tutumu olan 2 idman zalında komanda və təkmübarizlik idman növlərinin həm inkişaf etdirilməsi üçün uyğun bütün şərait var. Hazırda burada voleybol, basketbol və futzal kimi növlər populyarlaşıb. Digər zalda isə boks, karate-do, sərbəst güləş, kikboksinq və stolüstü tennis həvəskarlarının məşğələləri keçirilir.

Təkcə növlərin inkişaf etdirilməsi deyil, burada həm də böyük yarışların keçirilməsi üçün müvafiq şərait var. 4600 kv.m. sahədə inşa olunmuş kompleksdə 13 inzibati və yardımçı, həmçinin 4 soyunub geyinmə otağı, 4 duş kabinəsi və 1 kafe buna misaldır. Kompleks 2007-ci və 2010-cu illərdə əsaslı təmir olunmaqla bir qədər də modernləşərək yenidən idmançıların istifadəsinə verilib.

Ünvan: AZ-7000, Naxçıvan şəhəri, Əziz Əliyev küçəsi, 1.
Telefon: 036-545-78-59, 036-545-86-62, 036-545-42-65

Xəbər 7718 dəfə oxundu.